İraq xarici işlər naziri İbrahim Cəfəri “İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı mübarizəyə həsr olunan konfransda İŞİD-i məhv etmək istədikləri son tarixi söyləyib…
İraq xarici işlər naziri İbrahim Cəfəri “İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı mübarizəyə həsr olunan konfransda İŞİD-i məhv etmək istədikləri son tarixi söyləyib.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, nazir bölgəni 2016-cı ilə qədər İŞİD-dən təmizləyəcəklərini ümid etdiklərini deyib.
“İŞİD-i 2016-cı ilə qədər bütün İraq coğrafiyasından təmizləməyi ümid edirik və bunun üçün çalışırıq. Təbii ki, bunun üçün ABŞ-ın liderlik etdiyi koalisiyanın hava əməliyyatlarının əhəmiyyəti də böyükdür”, – deyə iraqlı nazir vurğulayıb.
Qeyd edək ki, koalisiyanın İŞİD-ə qarşı hava əməliyyatları avqust ayından davam edir.
/Publika.az/