Martın 20-də Türkiyənin Niğde vilayətində hərbi posta silahlı hücumla bağlı istintaq tamamlanaraq 11 şübhəli barəsində iddianamə hazırlanıb…
Martın 20-də Türkiyənin Niğde vilayətində hərbi posta silahlı hücumla bağlı istintaq tamamlanaraq 11 şübhəli barəsində iddianamə hazırlanıb.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, hazırlanan iddianamədə qorxunc həqiqət ortaya çıxıb.
İddianaməyə görə, şübhəlilər İstanbulda da terror aktları həyata keçirməyi plaşlandırırmışlar.
Suriyada İŞID-lə bağlı düşərgədə təxminən 9 -10 ay qaldığı deyilən Çendrim Ramadani, Benyamin Xu və Məhəmməd Zakirinin üzvü olduqları terror təşkilatının əsas məqsədi İstanbulda terror aktları həyata keçirmək olub. Üç terrorçunun “Əl- Qaidə” terror təşkilatına daxil olan şəxslərin köməyi ilə Türkiyə sərhədini keçdikləri və kirayə götürdükləri taksi ilə Niğdenin Ulukışla mahalına gəldiyi bildirilir.
Xatırladaq ki, hərbi posta hücum zamanı 1 zabit, 1 əsgər və 1 mülki şəxs öldürülüb, 7-si hərbçi olmaqla 8 nəfər yaralanıb.
/Publika/