Cəfərovun evindən əl qumbarası aşkar edilib…
Cəfərovun evindən əl qumbarası aşkar edilib.
Suriyada döyüşlərdə iştirak etmiş Zərdab sakini Səbuhi Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, Zərdab Rayon Məhkəməsinin hökmü ilə S. Cəfərov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu ilin iyun ayında Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəhhabi təriqətinin üzvü olduğu iddia edilən rayon sakini Səbuhi Cəfərov tutulub. Onun mənzilinə baxış zamanı əl qumbarası aşkar edilib.
Araşdırmalar zamanı S. Cəfərovun Suriyada gedən döyüşlərdə iştirak etdiyi də məlum olub.
O, Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq silah saxlama) maddəsinə əsasən ittiham edilib.