İŞİD liderinin həyat yoldaşı və oğlu həbs edildi

Livan ordusu “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının lideri Əbubəkr Əl-Bağdadinin arvadı və oğullarından birini saxlayıb…

Livan ordusu “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının lideri Əbubəkr Əl-Bağdadinin arvadı və oğullarından birini saxlayıb.

 

Publika.az-ın “Reuters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Livan təhlükəsizlik xidmətinin nümayəndələrindən biri deyib.

 

İŞİD liderinin oğlu və arvadının Suriya sərhədini keçən zaman tutulduğu bildirilir.

 

Livan tərəfi qadının milliyyətini açıqlamaqdan imtina edib. Onun Bağdadinin arvadlarından yalnız birinin olduğu bildirilir. Agentliyin məlumatına görə, onların tutulması üçün Livan ordusuna xarici kəşfiyyatların nümayəndələri kömək ediblər.

 

/Publika/