İŞİD Rusiyanın mərkəzində – Terror həyəcanı

Tacikistanın Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Akram Amonov deyib ki, Suriyada vuruşanlar arasında, o cümlədən İŞİD yaraqlıları sıralarında 300 tacik var…

Tacikistanın Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Akram Amonov deyib ki, Suriyada vuruşanlar arasında, o cümlədən İŞİD yaraqlıları sıralarında 300 tacik var.
Teleqraf.com-un “RİA Novosti “yə istinadən məlumatına görə, Amonov noyabrın 21-də parlamentə bildirib ki, taciklər Suriyaya Rusiya və Əfqanıstan vasitəsilə gedirlər.
Onun sözlərinə görə, Suriya üçün könüllü yığan ofis Moskvada Prospekt Mira küçəsində yerləşir.
Rusiyanın Avropa regionları müsəlmanlarının Dini İdarəsinin sədr müavini Damir Mukhetdinov Azadlıq radiosuna deyib ki, Orta Asiyadan işçi miqrantlar Moskvada könüllü axtaranların asanlıqla hədəfinə çevrilir.
Bundan əvvəl Tacikistan hakimiyyəti Suriyada 200 tacikin vuruşduğunu bildirirdi. 50 tacik Suriyada döyüşlərdə ölüb. 
/Publika.az/