İslam İnkişaf Bankı Azərbaycanda yol layihəsinə 224 milyon dollardan çox vəsait ayırıb

İslam İnkişaf Bankının (İİB) Direktorlar Şurası Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulmasına 224,4 milyon dollar vəsait ayırıb. Bu barədə Trend bankın rəsmi saytına istinadən məlumat verir…

İslam İnkişaf Bankının (İİB) Direktorlar Şurası Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulmasına 224,4 milyon dollar vəsait ayırıb. Bu barədə Trend bankın rəsmi saytına istinadən məlumat verir.

Bu layihənin maliyyələşdirilməsi 2011-2013-cü illərdə İİB ilə Azərbaycan hökuməti arasında əməkdaşlıq proqramı çərçivəsində nəzərdə tutulub.

Bank 2011-ci ildə Zərdab-Ucar-Ağcabədi avtomobil yolunun yenidən qurulması layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması üçün Azərbaycana texniki yardım qismində 294 min dollar həcmində qrant ayırmışdı.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən İİB-in üzvüdür.

 

Trend.az