İsmət Yılmaz Bakıdadır

Qardaş ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədədir…

Qardaş ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədədir.

Birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX 2014” sərgisində iştirak etmək üçün Bakıya səfərə gələn Türkiyənin milli müdafiə naziri İsmət Yılmazla qardaş ölkənin Azərbaycandakı səfirliyində görüş keçirilib. 

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, naziri müşayiət edən nümayəndə heyətinin, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşlarının, iş adamlarının iştirak etdikləri görüşdə dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın, o cümlədən hərbi-texniki əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib.

 

/Oxu.az/