İsrail prezidenti BMT-də Xocalı soyqırımından danışdı

“Biz az iş görüb, çox göz yaşı axıtmalıyıqmı?”…

“Biz az iş görüb, çox göz yaşı axıtmalıyıqmı?”.

İsrail prezidenti Reuven Rivlin BMT Baş Assambleyasında Holokost (yəhudi soyqırımı) qurbanları ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı Qarabağda, Xocalıda törədilmiş qətliamdan da danışıb.

Oxu.Az İsrail XİN-nin rəsmi saytına istinadən xəbər verir ki, dünyada baş vermiş və hazırda baş verməkdə olan dəhşətli qətliamları sadalayan Rivlin, ermənilərin Xocalıda törətdikləri soyqırımı da unutmayıb.

“Bu gün biz özümüzdən soruşmalıyıq ki, bizim, Assambleyanın soyqırımlara qarşı mübarizəsi kifayət qədər effektlidirmi? Bu mübarizə Bosniyadakından daha effektli idimi?  Xocalıda insanların qətlə yetirilməsinin qarşısını almaqda kifayət qədər effektli idimi? Bəs əfqanların taliblər tərəfindən öldürülməsində? Bəs bu gün Suriyada kifayət qədər effektlidirmi?

Yaxud da Nigeriyada “Boko Haram”ın törətdikləri vəhşiliklərin qarşısını almağa kömək edirmi? Biz az iş görüb, çox göz yaşı axıtmalıyıqmı?”, – deyə, Rivlin bildirib.

www.oxu.az