Yerli ekspertlər onun ehtiyat etdiyini vurğulayıblar…
Yerli ekspertlər onun ehtiyat etdiyini vurğulayıblar.
İsrail prezidenti Reuven Rivlin “erməni soyqırımı” ilə bağlı petisiyanı imzalamayıb.
Oxu.Az-ın “Times of İsrael” saytına istinadən verdiyi xəbərə görə, petisiyanı hazırlayan şəxslər prezidentin bu qərarından təəccübləndiklərini bildiriblər.
Yerli ekspertlər R.Rivlinin prezident seçildikdən sonra siyasi məsələlərdə xüsusi həssaslıq nümayiş etdirdiyini, habelə İsrail-Türkiyə münasibətlərinin daha da gərginləşəcəyindən ehtiyat etdiyini vurğulayıblar.
Qeyd edək ki, R.Rivlin Knesset üzvü olarkən “erməni soyqırımı”nın tanınmasının tərəfdarı kimi tanınıb. “Biz Holokost faciəsi ilə yanaşı digər xalqların faciəsini inkar etməməyi tələb edirik”, – deyə o çıxışlarının birində bildirib.