İsrail yenidən qarışdı

Ölkədə fələstinlilərlə polislər arasında toqquşmalar olub…

Ölkədə fələstinlilərlə polislər arasında toqquşmalar olub.

Qüdsdə Əl-Əqsa məscidinin məhdudiyyətsiz olaraq hamı üçün yenidən açılmasından sonra yeni iğtişaşlar baş verib. 

Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, İsrail polisi bu gün məscidin cümə namazı üçün hər kəsə açıq olacağını bildirmişdi. Təxminən 40 min nəfərin qatıldığı mərasim insidentsiz ötüşsə də, şəhərin digər nöqtələrində etirazçılar polislərlə toqquşub. Təhlükəsizlik qüvvələrinə daş, yandırıcı maddələr atan etirazçıları, polis gözyaşardıcı qazdan istifadə etməklə dağıtmağa çalışıb.

Xatırladaq ki, Əl-Əqsa ətrafında gərginlik bir neçə həftə əvvəl İsrail hərbçilərinin məscidə daxil olmasından sonra başlayıb. Ötən gün İsrailin baş naziri Benyamin Netanyahu ilə İordaniya kralı II Abdulla arasında baş tutan görüşdən sonra məscidə girişlə bağlı qoyulan yaş məhdudiyyəti aradan qaldırılmışdı.

 

/Oxu.az/