“Bu bizə lazım deyil”…
“Bu bizə lazım deyil”
Rusiya Liberal-Demokrat Partiyası (LDPR, rəhbəri Vladimir Jirinovski) “Cənub- müharibə deməkdir” adlı broşur dərc edib, burada liberal-demokratların beynəlxalq vəziyyəti necə dəyərləndirdikləri və Rusiyanın necə davranmalı olduğu qeyd edilir.
Belə ki, Jirinovskinin partiyası Rusiyanın birtərəfli şəkildə Qərbə yönəlməsinin və cənub, eləcə də şərq qonşuları ilə əməkdaşlığının inkişafı əleyhinə çıxış edir.
Bu barədə Oxu.Az inform-24.com-a istinadən xəbər verir.
“Xalqın və onların Dövlət Dumasında nümayəndələrinin iradəsinin tam səfərbərliyi, Cənubdan doğan təhlükənin qarşısını almaq üçün gərəkdir.
Suriyada son hadisələr bunu sübut edir.
Bizim üçün Suriyada müharibə təhlükəlidir. Əgər ABŞ orada liviya ssenarisini oynamağa çalışsa, minlərlə qaçqın Türkiyəyə üz tutacaq, Suriyanın şimalında kürdlər inqilab edərək İraqın şimalında olan kürdlərlə birləşəcəklər, bundan sonra İranın qərbində kürdlər də onlara qoşulacaq, – LDPR-in rəhbəri Vladimir Jirinovski belə hesab edir. – Azərbaycan isə bu zaman Qarabağı ələ keçirməyə çalışacaq. Və bu dişinə qədər silahlanmış, qəzəbli, döyüşməyə alışmış adamlar bizə, Şimali Qafqaza hücum edəcəklər.
Artıq inqilab, müharibə, xaosun atəşinin Cənubi Qafqazı alovlandırmasının qarşısını almaq üçün tədbirlər görmək lazımdır. Axı hadisələrin belə inkişafı Şimali Qafqazı partladacaq və biz Həştərxan-Volqoqrad-Voronej-Rostov-Belqorod cəbhə xəttinə malik olacağıq. Bizə bu lazım deyil”.