Jirinovski erməni “soyqırımı”nı qeyd edəcək

“Gələcək planlarımızı birlikdə düşünməliyik”…

“Gələcək planlarımızı birlikdə düşünməliyik”.

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Moskvada yaşayan ermənilərin qondarma erməni “soyqırımı” nümayişində çıxış edib.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, aprelin 24-ü Rusiyada yaşayan ermənilər qondarma erməni “soyqırımı”nın qəbul edilməsi və dünyaya çatdırılması üçün Moskvanın mərkəzində nümayiş keçiriblər.

Rusiya erməniləri birliyi və rus-erməni əməkdaşlıq dərnəyinin təşkil etdiyi nümayişdə Rus Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski də iştirak edib.

“Mən təxminən 1 ay əvvəl Türkiyədə idim. Türkiyə prezidenti və millət vəkilləri ilə görüşdüm. Onlar “soyqırımı” tanımağa qorxur. Çünki tanıdıqdan sonrakı mərhələdə təzminat ödəməlidirlər. Bu isə böyük məbləğdir. Buna görə də gələcək planlarımızı birlikdə düşünməliyik. “Soyqırımı”nın 100-cü ildönümünü böyük bir yerdə – Kremlin konsert salonunda qeyd edək” – deyə nümayişdə çıxış edən LDPR lideri Vladimir Jirinovski səsləndirib.

Qeyd edək ki, hər il aprelin 24-də ermənilər qondarma erməni “soyqırımı”nı qeyd edir.

www.oxu.az