Jirinovskidən daha bir qalmaqallı açıqlama

“3-cü dünya müharibəsinin başlaması ehtimalı böyükdür”…

“3-cü dünya müharibəsinin başlaması ehtimalı böyükdür”.

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski yenidən qalmaqallı açıqlama verib.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Jirinovski bildirib ki, 3-cü dünya müharibəsinin başlaması ehtimalı böyükdür. Onun sözlərinə görə, müharibənin başlanmasında isə günhkar ölkə Ukrayna olacaq.

“Ukrayna bu günkü siyasəti 1914-cü ildə Serbiyanın yürütdüyü siyasətə oxşayır. O vaxt Serbiyanın Avsrtiya-Macarıstana qarşı çıxması I dünya müharibəsinə səbəb oldu. Bu gün bu proses yenə də təkrarlanır. Ukrayna öz hərəkətləri ilə Avropanı 3-cü dünya müharibəsinə aparır. Təəssüf ki, bu müharibə olacaq. Bu vəziyyətdən Ukraynanın qonşuları istifadə edərək Ukraynanın parçalara böləcəklər. Polşa Lvov, Rovno, Lutsk, İvano-Frankovsk və Ternopol şəhərlərini, macarlar Zakarpatyeni, rumınlar isə Çernovtsı və Bukovinanı geri qaytarmağa çalışacaqlar”, deyə Jirinovski bildirib.

www.oxu.az