“Kəlbəcəri qaytarsaq, bizi zəhərləyə bilərlər ” – Erməni deputat sərsəmlədi

 Kəlbəcər rayonunun Azərbaycana qaytarılması Qarabağ və Ermənistan zəhərli su ala bilər…

Kəlbəcər rayonunun Azərbaycana qaytarılması Qarabağ və Ermənistan zəhərli su ala bilər. Musavat.com-un erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistan parlamentinin iclasında hakim Respublika partiyasından olan deputat Marqarit Yesayan bəyan edib. 
Onun sözlərinə görə, Qarabağ erməniləri ATƏT-in Minsk qrupunun həmsədrlərini həmişə belə “isti” qarşılamalıdırlar. Qeyd edək ki, ermənilər həmsədrlərin yolunu kəsmişdilər. “Qoy, hər dəfə belə qarlandıqdan sonra başa düşsünlər ki, Qarabağ sakinlərinin səsi eşidilməlidir”, – deputat deyib.
Marqarit Yesayan bəyan edib ki, 1988-ci il statusuna qayıdış qarşılıqlı güzəşt yox, kapitulyasiyadır: “1992, 1993, 1995-ci illərdə də bu barədə danışılıb. İndi bu bizim üçün qəbul edilməzdir”.
Erməni deputatın sözlərinə görə, Ermənistanın cənubu və Qarabağın su ehtiyatlarının 80 faizi Kəlbəcər və keçmiş Şaumyan rayonunun ərazisindən qaynayqanır: “Heç kim bizi əmin edə bilməz ki, qonşu respublika bu ehtiyatları zəhərləməyə cəhd etməyəcək”.
/Avropa.info/