Kadırov: Qroznıda baş vermiş silahlı hücumu Doku Umarovun qardaşı təşkil edib

“Bu artıq müəyyənləşib”…

“Bu artıq müəyyənləşib”.

Çeçenistan rəhbəri Ramzan Kadırov bəyan edib ki, Qroznıda baş vermiş silahlı hücumu Doku Umarovun qardaşı təşkil edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Kadırov terrorçuların bü cür aktlarla özlərinə maliyyə mənbələri yaratmaq niyyətində olduğunu bildirib.

“Hücumu Doku Umarovun qardaşı Əhməd təşkil edib. Bu artıq müəyyənləşib. Biz günahsız insanların ölümündə günahkar olan bu cinayətkarın yaxalanaraq məhkəmədə cavab verməsinə nail olmaq niyyətindəyik”, deyə Kadırov qeyd edib. 

Qeyd edək ki, Qroznıda keçirilən xüsusi əməliyyat zamanı 10 polis əməkdaşı həlak olub, 20 nəfər yaralanıb, həmçinin, 11 silahlı məhv edilib.

www.oxu.az