Kerri etiraf etdi: İŞİD-lə mübarizə illərlə davam edəcək

İŞİD terror təşkilatna qarşı mübarizə illərlə davam edə bilər…

İŞİD terror təşkilatna qarşı mübarizə illərlə davam edə bilər.

 

Publika.az-ın məlumatına görə, bu sözləri Birləşmiş Ştatların Dövlət katibi Con Kerri deyib. İraqın şimal və qərb bölgələrində böyük ərazini, eləcə də Suriyanın şərqini ələ keçirən İŞİD-ə qarşı mübarizə səylərini müzakirə etmək üçün Brüsseldə 60 tərəfdaş ölkənin xarici işlər nazirlərinin toplantısında çıxış edən Kerri deyib ki, koalisiya qüvvələrinin hava hücumları terrorçuların səfərbər olması və hücumlar həyata keçirməsini qat-qat çətinləşdirib.

 

ABŞ dövlət katibi hava hücumlarının İraq təhlükəsizlik qüvvələrinin təlimləri başa çatana qədər edəcəyini bildirib.

 

Qeyd edək ki, avqust ayından bəri koalisiya qüvvələri İraq və Suriyadakı silahlılara qarşı mindən çox hava hücumu həyata keçirib.

 

/Publika/