“Mən onu hələ professorluq dövrlərindən xatırlayıram”…
“Mən onu hələ professorluq dövrlərindən xatırlayıram”.
Rusiyanın beynəlxalq münasibətlərini işıqlandıran Rusiya KİV-i çoxdan öz diqqətlərini, yəni dünyada baş verən hadisələrə RF-nın tənqidi yanaşması elə müttəfiq ölkələr tərəfindən tənqid atəşinə tutulduğu bir dövrdə, xoşməramlı mövqedən çıxış edən Azərbaycana və onun prezidenti İlham Əliyevəyönəltməli idilər.
Oxu.Az “Vestnik Kavkaza”ya istinadən xəbər verir ki, bu barədə “Vesti FM”-in efirində aparıcının kütləvi informasiya vasitələrinin işində boşluqlar barədə verdiyi suala MDBMİ-nin (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu) Siyasi nəzəriyyə kafedrasının dosenti Kirill Koktış bəyan edib.
“Bu sual bizim KİV-in redaksiya siyasətçilərinədir. Həm də İlham Heydər oğlu Əliyevə diqqət yönəltmək əlbəttə ki, lazımdır. O, uzun müddət MDBMİ-də – mənim doğma ali tədris müəssisəmdə dərs deyib və hər zaman, mən hələ professor dövrlərindən xatırladığım sabitlik, dərin yanaşma nümayiş etdirib və düşünürəm ki, nümayiş etdirəcək”.
Ona görə də bizə loyal olan dövlətlər və onların rəhbərlərinin inkar edilməsi düzgün deyil. Baxmayaraq ki, İlham Əliyevin anlaşdığı dil bəzi KİV üçün çox mürəkkəb və çoxmənalı görünə bilər”, – Kirill Koktış izah edib.