Rəsmi rəqəmlər açıqlandı…
Rəsmi rəqəmlər açıqlandı.
2014-cü ilin 11 ayı ərzində iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.4 faiz artaraq, 442,1 manat təşkil edib.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, iqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əmək haqqı daha yüksək olub və sənayedə 709.5 manat, tikinti kompleksində 626.7 manat, nəqliyyatda 538.0 manat, informasiya və rabitə sahəsində 733.5 manat təşkil edib.