Kralın ölümü neftin qiymətinin artmasına səbəb oldu

Səudiyyə Ərəbistanının kralı 91 yaşında dünyasını dəyişdi…

Səudiyyə Ərəbistanının kralı 91 yaşında dünyasını dəyişdi.

Neftin dünya qiymətləri cümə axşamı Səudiyyə Ərəbistanının kralı Abdulla bin Əbdül Əziz əl-Saudun ölümündən sonra yüksəlməyə başlayıb.

Bakı vaxtı ilə 8:47-yə olan məlumata əsasən mart fyuçerslərinə görə şimal dənizinin Brent markalı neftinin qiyməti 1,18% artaraq bir barel üçün 49,46 dollar olub.

“Kral Abdullanın ölümü qısamüddətli perspektivdə neftə olan qiymətlərin qeyri-müəyyənliyini və dəyişkənliyi artıracaq”, – “Blumberg” agentliyinə Sanford C.Bernstein & Co analitiki Nil Beveric (Neil Beveridge) bildirib.

Bəzi analitiklər bazarın yeni kralın bazarda neftin çox olması ilə əlaqədar siyasətinə dair qeyri-müəyyən vəziyyətdə olduğunu deyirlər.

Digər analitiklər ehtimal edirlər ki, yaxın günlərdə bazarlar yeni kral – 1995-ci ildən ölkənin neft naziri olan Əli Əl-Nəiminin vəzifədə qalacağına diqqət edəcəklər.

Belə ki, Arabia Monitor-un baş iqtisadçısı Florans Eid-Oakden (Florence Eid-Oakden) agentliyə bəyan edib ki, hazırkı neft naziri ölkədə məşhur və hörmət edilən şəxsdir. O, bütün nazirlər kabineti dəyişməyənə qədər vəzifəsində qalacaq.

www.oxu.az