“Alyans əsasən ötən dövrün rudimenti olaraq qalır”…
“Alyans əsasən ötən dövrün rudimenti olaraq qalır”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nu “soyuq müharibə”nin qalığı hesab edir. Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“NATO-nun ani olaraq qarşıdurma ritorikasına, Rusiya ilə əməkdaşlığın dayandırılmasına keçməsi, Rusiya sərhədləri yaxınlığında hərbi iştirakın yaradılması aydın olaraq göstərir ki, alyans “soyuq müharibə” stereotiplərini aradan qaldırmağa qadir deyil. Təəssüflər olsun ki, NATO hazırkı görkəmində əsasən ötən dövrün rudimenti olaraq qalır”, – nazir deyib.
Qeyd edək ki, öncə ABŞ Dövlət Departamenti katibinin müavini Viktoriya Nuland NATO üzrə müttəffiqlərini Ukraynadakı münqaişə ilə bağlı kəskin mövqe tutmağa çağırıb.