Lavrov Obamaya cavab verdi

“Bütün bu cəhdlər nəticəsiz qalacaq”…

“Bütün bu cəhdlər nəticəsiz qalacaq”.

Rusiyanı təcrid etmək cəhdləri heç bir nəticə verməyəcək, Rusiya XİN-nin başçısı Sergey Lavrov bildirib, Oxu.Az RİA “Novosti”yə istinadən xəbər verir.

“Biz tez-tez qərbli tərəfdaşlarımızdan Rusiyanı bundan sonra da təcrid etmək barədə çoxsaylı bəyanatlar eşidirik. Prezident Obama (ABŞ prezidenti) dünən Amerika xalqına bəyanatında oxşar ifadələr işlədib. Bütün bu cəhdlər nəticə verməyəcək”, – deyə, o, çərşənbə günü bildirib.

Lavrovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində açıq şəkildə bildirdi ki, “Rusiya heç zaman özünütəcrid, şübhəlilik və düşmənlərin axtarışı yolu ilə getməyəcək”.

www.oxu.az