Lavrov: Qarabağ münaqişəsinin həlli asan olmayacaq

“Biz sülh prosesini davam etdirmək arzusundayıq”…

“Biz sülh prosesini davam etdirmək arzusundayıq”.

Rusiya Dağlıq Qarabağ münaqişəsinin dinc həllinin tərəfdarıdır.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziriSergey Lavrov bildirib.

S.Lavrov bildirib ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir:

“Bizim dünən birgə bəyanatımız oldu. Bu bəyanatda da vurğuladıq ki, münaqişənin ərazi bütövlüyünə hörmət, güc tətbiq edilməməsi və xalqların öz müqəddəratını təyin etmə hüququ çərçivəsində həllinin tərəfindəyik. Bu münaqişə çoxdan başlayan və mürəkkəb münaqişədir. Ona görə də həlli asan olmayacaq.

Lakin biz sülh prosesini davam etdirmək və tərəflər arasında dialoqu inkişaf etdirmək arzusundayıq. İnanırıq ki, tərəflər də münaqişənin həlli üçün gərəkli addımlar atacaqlar. Biz həmsədr ölkə olaraq buna dəstək verməyə hazırıq”.

www.oxu.az