Lukaşenko: Məni asmaq, öldürmək, suda batırmaq olar, amma əymək olmaz

“Heç bir Kreml, heç bir Moskva, heç bir Qərb-Şərq”…

“Heç bir Kreml, heç bir Moskva, heç bir Qərb-Şərq”.

Belarus prezidenti Aleksandr Lukaşenko təqaüdə hazırlaşmır və öz prezidentlik fəaliyyətində qlobal səhvlər də görmür. Bu barədə o, Minskdə mətbuat konfransında bildirib.

Oxu.Az bu barədə Rosbalt-a istinadən xəbər verir.

Lukaşenkonun sözlərinə görə, yalnız əqli zəiflik, kütbeyinlik, xəstəlik prezident seçkilərində iştirak etməmək üçün əsas amillərdir.

Belarus prezidenti vurğulayıb: “Məni əymək mümkün deyil. Heç bir Kreml, heç bir Moskva, heç bir Qərb-Şərq bunu edə bilməz.

Məni asmaq, öldürmək, suda boğmaq mümkündür, amma əymək və mənim siyasi kursumu dəyişdirərək, başqasının siyasi havasına oynamağa məcbur etmək mümkün deyil”.

O izah edib ki, prezident kürsüsünü yalnız seçkilərdə uduzduğu halda tərk edəcək.

“Amma mən özüm bundan imtina etməyəcəm və edə də bilmərəm”, – Respublika rəhbəri, eləcə də əgər ölkə batarsa onun qorxaqlıqda ittiham ediləcəyini bildirib.

Öz 20 illik prezident işini qiymətləndirən Lukaşenko deyib: “Mənə elə gəlir ki, qlobal səhvlərə yol verməmişəm”.

Onun sözlərinə görə, yeganə məcburi qərar nüvə silahının çıxarılması olub:

“Amma bu, mənim qərarım deyildi. Mən qəbul edilmiş qərarı yerinə yetirməli idim, mən bunu məni tənqid edəndə açıq və səmimi etiraf etdim: əgər mənim ixtiyarım olsa idi, mən bunu heç bir zaman etməzdim. Dünyada nə baş verdiyini görürsünüz, kim güclüdürsə, o da haqlıdır”.

www.oxu.az