Mərkəzi Bankın valyuta ehtiyatları azalmaqdadır

İlin sonunda məbləği 16 milyard dollaradək çatdırmaq planlaşdırılır…

İlin sonunda məbləği 16 milyard dollaradək çatdırmaq planlaşdırılır.

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları sentyabrda davamlı artım tempini itirib.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, oktyabrın 1-nə bankın valyuta ehtiyatları 15 milyard 42,4 milyon ABŞ dolları təşkil edib.  

Beləliklə, Azərbaycanın valyuta ehtiyatları ardıcıl ikinci aydır ki, azalmanı davam etdirirlər.

Xatırladaq ki, sentyabrın 1-nə valyuta ehtiyatlarının həcmi 15 milyard 190,9 milyon ABŞ dolları, 1 avqust üçün isə 15 milyard 193,4 milyon ABŞ dolları (mütləq rekord) təşkil edib.

Sentyabrda azalma 1% (148,5 mln. dollar) təşkil edib. Bununla belə, 2014-cü il ərzində ehtiyatlar 6,29% (890,4 mln. dollar) artıb.

Qeyd edək ki, 2014-cü ilin yekunlarına görə valyuta ehtiyatları 16 mlrd. ABŞ dolları təşkil etməlidir.


www.oxu.az