Macarıstan Azərbaycan qazını Rusiya qazına alternativ görür

“Yeni təchizat yolları axtarmaq lazımdır”…

“Yeni təchizat yolları axtarmaq lazımdır”.

Macarıstan qazın Ukrayna ərzisindən yan keçərək çatdırılması üçün alternativ imkanlar axtarır.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Viktor Orban bildirib.

“Macarıstanın Azərbaycan ilə münasibətləri əladır, Rusiyanın “Cənub axını” qaz kəmərinin tikinti layihəsinin dayandırılmasını elan etməsindən sonra, Macarıstan müxtəlif variantları nəzərdən keçirir”, – deyən Orbanın sözlərini Bloomberg sitat gətirib.

Xatırladaq ki, bazar ertəsi RF prezidenti Vladimir Putin Türkiyə ilə danışıqlar əsnasında bildirib ki, mövcud şəraitdə, o cümlədən də Avropa İttifaqının qeyri-konstruktiv mövqeyinə görə, Rusiya “Cənub axını” layihəsinin realizəsinə davam edə bilməz.

O qeyd edib ki, indiyə qədər Bolqariyadan bu layihənin ölkənin iqtisadi ərazisinə daxil olması üçün icazə alınmayıb. Macarıstan layihənin iştirakçı ölkələrindəndir.

Daha öncə Macarıstan XİN rəhbəri Peter Siyarto bəyan etmişdi ki, Rusiyanın “Cənub axını” layihəsini bağlamaq qərarından sonra ölkə qaz təchizatı üçün uzunmüddətli perspektivdə yeni yollar axtarmalıdır.  

Macarıstanın qazla təmin edilməsi üçün alternativ variantlara gəldikdə isə Siyarto enerji daşıyıcılarını Azərbaycandan almaq imkanını xatırladıb, bu enerji daşıyıcıları Mərkəzi Avropaya cənub marşrutu ilə çatdırıla bilər, amma nazirin sözlərinə görə digər variantları da nəzərdən keçirmək lazımdır.

www.oxu.az