Makedoniya Prezidenti Azərbaycanla inkişaf edən əməkdaşlığın əhəmiyyətini vurğulayıb

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə təşəbbüsü ilə keçiriləcək “II Global Shared Societies ” Forumuna hazırlıq prosesi ilə bağlı Makedoniyanın paytaxtı Skopya şəhərində Respublikanın Prezidenti Gyorge İvanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsini qəbul edərək ətraflı fikir mübadiləsi aparıb…

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə təşəbbüsü ilə keçiriləcək “II Global Shared Societies ” Forumuna hazırlıq prosesi ilə bağlı Makedoniyanın paytaxtı Skopya şəhərində Respublikanın Prezidenti Gyorge İvanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsini qəbul edərək ətraflı fikir mübadiləsi aparıb.

Trend-in Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə istinadən verdiyi məlumata görə, Makedoniya Prezidenti Azərbaycanla inkişaf edən əməkdaşlığın ölkəsi üçün əhəmiyyətini vurğulayaraq bildirib ki, Bakıda dünyanı narahat edən problemlərin müzakirə olunduğu bir mərkəzin yaradılması və burada dünyanın bu qədər nüfuzlu şəxsiyyətlərinin toplanaraq Şərqlə Qərb arasında itirilmiş sivilizasiyalararası dialoqun, körpünün qurulmasını təmin etmələri çox təqdirəlayiqdir.

Görüşdə Nizami Gəncəvinin bəşəri dəyərləri əsasında 9 əsrlik tarixə əsaslanan ideyalar əsasında yaranan mərkəzin fəaliyyətinin Makedoniyada da aktivləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Belə ki, 2014-cü il ərzində Skopyada bir sıra tədbirlərin keçirilməsi razılaşdırılıb.

“II Global Shared Societies ” Forumuna dəvət məktubu təqdim olunaraq müsbət qarşılanıb və Mərkəzlə birgə Balkan, Yaxın Şərq və Cənubi Qafqazdan başlayan mədəni əlaqələrin gücləndirilməsi istiqamətində əməkdaşlığın qurulması təqdir edilib.

 

Trend.az