“Bunun ABŞ prezidentinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”…
“Bunun ABŞ prezidentinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”.
Rusiyanın iqtisadiyyatına neqativ təsiri neftin qiymətinin enməsi göstərdi, ABŞ tərəfindən qoyulan sanksiyalar deyil.
Bu fikri Amerika senatoru Con Makkeyn CNN-ə verdiyi müsahibəsində bildirib.
“Biz neftin qiymətinin bir barel üçün ucuzlaşma həddinin Vladimir Putinin iqtisadiyyatına faciəvi təsir edəcək qədər ucuzlaşmasına imkan yaratdığı üçün Səudiyyə Ərəbistanına təşəkkür etməliyik”, – Makkeyn deyib.
“Bunun ABŞ prezidentinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”, – o əlavə edib.
Onun fikrincə, Obamanın Rusiyaya qarşıdurma strategiyası olan Amerika tərəfindən tətbiq edilmiş sanksiyaları az effektli olub, Oxu.Az Pravda-ya istinadən xəbər verir.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama daha öncə Putinin “yaxşı şahmatçı olub Qərb və Obamaya qarşı yaxşı oynaması” fikrini təkzib edib və qeyd edib ki, Rusiya Federasiyasının iqtisadi böhranı üçün cavabdehliyi məhz Putin daşıyır.