Malayziya baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb

Aeroportda baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb…

Aeroportda baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Sentyabrın 12-də Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycana rəsmi səfəri başa çatıb.

Oxu.Az-ın AzərTAc-a istinadən məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Malayziyanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Mohammad Najib Tun Abdul Razakı hava limanında Azərbaycanın baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

www.oxu.az