Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun Xocalı rayonunun işğalının 22-ci ildönümü ərəfəsində Xocalı rayonundan olan məcburi köçkünlərlə görüşüb…
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun Xocalı rayonunun işğalının 22-ci ildönümü ərəfəsində Xocalı rayonundan olan məcburi köçkünlərlə görüşüb. SİA-ya verilən məlumata görə, görüşdə çıxış edən icra başçısı Rafil Hüseynov bəşər tarixində Xocalı soyqırımına bənzər hadisənin olmadığını, illər keçməsinə baxmayaraq, o dəhşətli hadisələrin insanların yaddaşından silinməyəcəyini qeyd edib.
İcra başçısı vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı hadisələri öz hüquqi statusunu aldı və mənfur qonşularımızın Azərbaycan xalqına qarşı etdiyi vəhşilikləri dünya miqyasına çatdırmağa nail oldu.
Xocalı rayonundan olan məcburi köçkün Yusif Quliyev ölkədə məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan bəhs edib. Y.Quliyev çıxış edərək ötən müddətdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayıb, ölkəmizin daim yüksələn xətlə dinamik inkişafı və bu istiqamətdə dövlət başçısının rəhbərliyi altında aparılan geniş quruculuq işlərinin daha böyük nəticələrin əldə ediləcəyinə ümidləri daha da artırdığını söyləyib.
/Sia/