“Biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Azərbaycanın da bizə münasibəti eynidir”. APA-nın xəbərinə görə, bu sözləri Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi birgə brifinqdə deyib. O, Ermənistanla münasibətlərə də aydınlıq gətirərək Ermənistanla qonşu olduqlarını və bütün qonşularla normal münasibət qurmağa çalışdıqlarını vurğulayıb. /APA/
/APA/