MDB ölkələri Birlik məkanında miqrantlara başqa dövlətin ərazisində iş tapmaqda yardımçı olacaq sistem tətbiq etməyi planlaşdırır.
“Report” BelTA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyinin Məşğulluq Departamentinin Əmək miqrasiyası şöbəsinin müdiri Gennadi Sedakov bildirib.
Onun sözlərinə görə, mütəşəkkil seçim miqrantların işlə təmin olunmasında kifayət qədər yayılmış formadır.
Qeyd edək ki, sənədin araşdırılması üzrə ekspertlərin işçi qrupunun iclası bu gün Minskdə MDB İcraiyyə Komitəsində keçirilir. Sənədin təşəbbüskarı və tərtibçisi Rusiya tərəfidir.
Report