MDB-nin Minsk sammitində 15 sənəd qəbul olundu

Regionlararası əməkdaşlığın inkişafı haqqında qərarlar qəbul edilib…

Regionlararası əməkdaşlığın inkişafı haqqında qərarlar qəbul edilib.

Bu gün MDB dövlət başçıları Şurasının Minskdə keçirilən iclasında bütün Birlik ölkələri prezidentləri geniş və dar formatda nəzərdən keçirilən sənədləri imzalayıblar.

Oxu.Az BELTA-ya istinadən xəbər verir ki, əsas mövzular humanitar sahədə, təhlükəsizlik və digər sahələrdə dövlətlərarası əməkdaşlığın sonrakı inkişafına yönəlib.

İmzalanmış sənədlər arasında Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi ilə əlaqədar MDB dövlət başçılarının dünya ictimaiyyətinə müraciəti də var.

Bundan başqa, “Narkotiklərə nəzarət üzrə beynəlxalq sistemin qorunması və möhkəmləndirilməsi haqqında” bəyanat qəbul edilib”.

MDB ölkələrinin regionlararası əməkdaşlığının inkişafı, “Birliyin mədəni paytaxtları” dövlətlərarası proqramın həyata keçirilməsi, “MDB ölkələrinin 2015-2019-cu illərdə qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə əməkdaşlığı proqramı haqqında”, “MDB-yə üzv dövlətlərin insan alverinə qarşı mübarizə üzrə əməkdaşlıq konsepsiyası haqqında” qərarlar var.

Bundan başqa, Birliyə üzv dövlətlərin xarici sərhədlərində sərhədyanı təhlükəsizliyə qarşı yaranan təhdidlərə sürətli reaksiya vermək üçün sərhəd idarələrinin birgə mütəxəssis (ekspert) qruplarının formalaşdırılması və tətbiqi haqqında saziş imzalanıb.

MDB-yə üzv dövlətlərin Maliyyə kəşfiyyatları bölmələri rəhbərlərinin şurasının yaradılması haqqında 2012-ci il 5 dekabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında protokol və digər sənədlər imzalanıb.

Bundan başqa, “2016-cı ilin Müstəqil Dövlətlər Birliyində Təhsil İli elan edilməsi haqqında” qərar qəbul edilib.

www.oxu.az