Metronun “Avtovağzal” stansiyasının açılışı gecikdi – AÇIQLAMA

“Heç bir ciddi problem yoxdur”…

“Heç bir ciddi problem yoxdur”.

Bakı Metropoliteninin mətbuat xidməti inşası davam edən “Avtovağzal” stansiyası ilə bağlı yeni açıqlama verib.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, mətbuat xidmətindən Media forum-a bildirilənə görə, “Avtovağzal” stansiyasında işlər yekun mərhələdədir:

“Ancaq bu ilin may ayında açılışı mümkün deyil. İşlər davam edir, yeni avadanlıqlar quraşdırılır. Stansiyanın yaxın vaxt ərzində yox, bu il ərzində açılması planlaşdırılır.

Eyni xətt üzrə “Memar Əcəmi 2” stansiyası tikilir. Böyük ehtimalla hər iki stansiyanın açılışı eyni vaxtda olacaq. “Avtovağzal” stansiyasının yanında depo da inşa olunmalıdır. İşlər qrafikə uyğun davam etdirilir. Heç bir ciddi problem yoxdur.

Yeni stansiyalar həm görünüş, həm təhlükəsizlik, həm də daxili quruluş etibarilə fərqlənəcək. Müasir texnologiyalar və yeni avadanlıqlarla təchiz olunmuş “Avtovağzal” stansiyasında platformalar 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub”.

www.oxu.az