“Ermənistan Rusiyanın forpostudur “…
“Ermənistan Rusiyanın forpostudur “.
ATƏT-in Minsk qrupunun həmsədrləri indiyədək ciddi fəaliyyət ortaya qoya bilməyiblər. Buna görə də, onların hansısa ədalətli mövqe nümayiş etdirəcəklərinə heç bir ümidim yoxdur. Görünən odur ki, hər üç həmsədr dövlət ermənipərəstdir.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bu fikiləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızıbildirib.
O deyib ki, ABŞ, Fransa və Rusiyanın həmsədr olması işğalın uzanmasına səbəb olub. Çünki hər üç dövlətin Ermənistana isti yanaşması məlumdur. Ermənistan Rusiyanın forpostudur, ABŞ və Fransada isə erməni lobbisi və diasporu güclüdür. Belə vəziyyətdə onların vasitəçiliyinin heç bir nəticəsi olmayacaq. Minsk qrupu ölü qurumdur.
Deputat daha sonra bildirib: “Bunu aradan qaldırmaq üçün hansısa irəliləyiş etməlidir. Əgər ATƏT-in Minsk qrupu və həmsədr dövlətlər Ermənistanın işğalçılıq siyasətinə, 1 milyon insanın qaçqın-köçkün həyatına, dinc insanların ölümünə, ermənilər tərəfindən insanların evlərinin, yurdlarının, məzarlıqlarının dağıdılmasına göz yumursa, bu qurum tarixdə mürtəce təşkilat kimi qalacaq. Əgər bu adı öz üzərindən götürmək istəyirsə, Minsk qrupu Ermənistanın təcavüzünün aradan qaldırılması üçün əməli fəaliyyət göstərməlidir “.