Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib…
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Bu gün Milli Qəhrəman Tağızadə Eldarın doğum günüdür.
Oxu.Az xəbər verir ki, Tağızadə Eldar Abdulla oğlu 1963-cü il 6 sentyabrda Bakı şəhərində ziyalı ailədə anadan olmuşdur.
1970-80-cı illərdə Nəsimi rayonunda, 164 saylı orta məktəbdə təhsil almışdır.
Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olmuş, 1985-ci ildə biologiya fakültəsini fərqlənmə ilə bitrmişdir.
Elmlər Akademiyasının Botanika İnstitutunda çalışarkən, Səbail rayon DİŞ-nin cinayət axtarış şöbəsi ilə əməkdaşlıq edirdi. 1988-ci ildə DİŞ-ə işə qəbul edilir, 1989-cu ildə Sverdlovsk şəhərində cinayət axtarışı üzrə ali ixtisasartırma kursu keçdi. DİN-nin millətlərarası münasibətlər şöbəsində daha məhsul vəzifəyə irəli çəkilir və ona 1991-ci ildə kapitan rütbəsi verilir. Daha sonra DİN-nin Terrorizm və Banditizmə Qarşı Mübarizə İdarəsi rəisinin müavini vəzifəsinə təyin edilir.
3 iyun 1992-ci ildə E. Tağızadə yenidən Qarabağa ezam olunmuş və cinayətkarları zərərsizləşdirərkən həlak olmuşdur.
Ailəli idi. İki övladı var.
Azərbycan Respublikası Prezidentinin 3 sentyabr 1992-ci il tarixli 162 saylı Fərmanı ilə Tağızadə Eldar Abdulla oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı ” fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Təhsil aldığı 164 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Bakı şəhərindəki küçələrdən birinə onun adı verilmişdir.