Minskdə atəşkəs haqqında protokol imzalanıb

Danışıqlarda ATƏT nümayəndələri də iştirak edib…

Danışıqlarda ATƏT nümayəndələri də iştirak edib.

Minskdə Ukrayna nümayəndələri və DXR və LXR nümayəndələri arasında cümə axşamı saat 18:00-dan etibarən atəşin dayandırılması haqqında müqavilə imzalanıb.

Oxu.Az NTV-yə istinadən xəbər verir ki, baş tutan danışıqlarda Donetsk və Luqansk respublikaları tərəfindən DXR və LXR rəhbərləri – Aleksandr Zaxorçenko və İqor Plotnitski iştirak edib.

Ukraynanı danışıqlarda Leonid Kuçma təmsil edib.

Bu danışıqlarda ATƏT nümayəndələri də iştirak edib.

Qeyd edək ki, münaqişənin hər iki tərəfi, Petr Poroşenko və qondarma respublikaların liderləri daha öncə hərbi hərəkatı dayandırmağa hazır olduqlarını bildirmişdilər.

www.oxu.az