Moisey Bekker: Azərbaycan “böyük” demokratların səhvini təkrarlamamağa çalışır – MÜSAHİBƏ

“Hakim kimdir?”…

“Hakim kimdir?”

Oxu.Az-ın suallarına AMEA-nın İnsan Haqları üzrə İnstitutun elmi əməkdaşı, politoloq Moisey Bekker cavab verir.   

– Aparıcı telekanalların xəbər başlıqlarında Londonda, Parisdə, Ferqüsonda (ABŞ), Brüsseldə və digər inkişaf etmiş demokratik ölkələrdə etiraz aksiyalarının yatırılmasına dair məlumatlar yerləşdirilib. Baş verənlərin fonunda Azərbaycanın demokratiyanı boğmasına dair KİV-in sosial şəbəkə və saytlarında səslənən ittihamlarını necə qəbul etmək lazımdır? 

– Ən yaxşı müdafiə hücumdur. Qərbdə isə bu üsul təkmilləşdirildiyi üçün müdafiə olunan tərəf heç də hər zaman daha yaxşı mövqedə olmur. Düşünürəm ki, biz çoxdan bunun üzərində işə başlamalıydıq, dövlətimizin demokratik institutlar sahəsində nailiyyətlərini, əhalinin geniş kütləsini idarə prosesinə və taleyüklü məsələlərin həllinə cəlb edildiyini geniş işıqlandırmalıyıq.

Əsas odur ki, istənilən tənqidi sakit qəbul etmək, ölçüb-biçmək və anlamaq lazımdır ki, əgər bizə diqqət edirlərsə, deməli Azərbaycan həqiqətən Böyük Yaxın Şərq regionunun əsas oyunçularındandır və ərazicə kiçik olmasına baxmayaraq dünyada baş verən iqtisadi və siyasi proseslərə təsir edə bilir.   

– Bu yaxınlarda Avropa İttifaqının Baş katibi T.Yaqland bəyan edib ki, Azərbaycanda insan haqlarının pozulması, onun indiki Aİ Nazirlər Komitəsinin sədri statusuna müvafiq deyil. Bakının rəsmi hökuməti müxtəlif mərhələlərdə bu iradlara cavab bildiriblər ki, ideal demokratiya heç yerdə mövcud deyil, Azərbaycanın demokratiya yolu ilə getməsi əsasdır. Avropa İttifaqının Baş katibinin bizim ünvanımıza səslənən tənqidi qeydlərinə dair fikrinizi bilmək maraqlı olardı.

– Qərbi Avropa ölkələri demokratiyaya müxtəlif yollarla gəliblər. Fransa 1789-cu ildən başlayaraq inqilab, diktatura, imperiya, Dirçəliş dövrü və bu gün isə V Respublika dövrünü yaşayıb. Birləşmiş Krallıqda da parlamentarizm və demokratik institutların tarixi maraqlıdır. Mən artıq AFR-nin indiki vəziyyətə gəlməsi haqqında danışmıram.

Azərbaycan təbii ki, yaxşı tələbə kimi “böyük” demokratların səhvlərini təkrar etmək istəmir, və kommunist diktaturasından yan keçərək, Avropa İttifaqı ölkələrinin bu gün təqdim etdiyi qabaqcıl nailiyyətləri, təbii ki, yerli spesifikanı və mentaliteti nəzərə almaq şərti ilə qəbul edərək ölkəmizdə tətbiq etməyə çalışır. Amerika Birləşmiş Ştatları artıq İraqda demokratiya “tətbiq ediblər”. Ona görə də tənqid etməzdən öncə tarixi, sosiologiyanı, etnoqrafiyanı, dini baxışları və hər bir xalqın ənənələrini bilmək lazımdır. Bunu isə təəssüf ki, çox az adam bilir və nəzərə alır.

– Catholic culture.org adlı katolik saytında “avtoritar rejimlərin hakimiyyətdə” olduğu ölkələr sırasında Azərbaycan dini “qeyri-tolerantlıq” səviyyəsinin yüksək olduğu 20-ci yerdə olduğu bir tədqiqatın nəticələri dərc edilib. Təbii ki, bu tezislər erməni KİV tərəfindən yayıldı. Belə “tədqiqatlar” Azərbaycanın imicinə çoxmu zərər vurur?

– Sovet dövründə SSKP MK materiallarını İtaliyada, Fransada, Böyük Britaniyada və hətta ABŞ və Yaponiyada sosialist və ya kommunist yönümlü KİV-də çap etdirməklə əylənirdi. Sonra isə “Pravda” və ya “İzvestiya” qəzetlərində dərc edilərək SSRİ xarici siyasət kursunun dəstəklənmə faktı kimi təqdim edilirdi. Dünyada 600 min erməni-katolik var. Bu, sizə bir az öncə danışdıqlarımı xatırlatmır ki? Çox güman ki, bu sifarişlə edilmişdi, belə ki, yəhudi icmasına bu tədqiqatla bağlı gələn olmasını xatırlamıram. Eyni şeyi Azərbaycanda mövcud olan digər konfessiyaların nümayəndələri də təsdiq edə bilər.

Azərbaycanda fəaliyyəti ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə qanuniləşdirilən Katolik kilsəsinin vəziyyətinə gəldikdə isə, onun rəhbəri Vladimir Fekete bildirib ki, “Azərbaycan katoliklərinin icması elə də böyük deyil, amma o dinamik şəkildə inkişaf edir və cəmiyyətə daxil olur.

Bu icma dövlət strukturunun dini tolerantlığının gözəl nümunəsi olmaqla yanaşı, bu, Zaqafqaziya ölkəsinin dini tarixinin tərkib hissəsidir”.

– Ümumilikdə Azərbaycanı qeyri-tolerantlıqda ittiham edənlərin monoetnik ölkələrə diqqət yetirməmələrini necə qiymətləndirirsiz?

– Birincisi, bir sual meydana çıxır: “Hakim kimdir?”. İkincisi, əgər dövlət çoxmillətlidirsə, orada müxtəlif xalqların nümayəndələri üçün həyat tərzi rahat deyilsə, heç nə etmək olmaz. Axı heç kim müstəqillik əldə edən bəzi dövlətlərdə yerli olmayan xalqların nümayəndələrini qalmaması üçün ittiham etmir.

Burada, necə deyərlər “könüllü məcburiyyət” olub, amma onların hal-hazırkı monoetnikliyini müəyyənləşdirib və onları heç nədə ittiham etmək mümkün deyil!  

www.oxu.az