Moldova Aİ-yə daha yaxın oldu

Avropa deputatları assosiasiyaya dair razılaşmanı qəbul ediblər…

Avropa deputatları assosiasiyaya dair razılaşmanı qəbul ediblər.

Avropa Parlamenti noyabr ayının 13-də plenar sessiyada Avropa İttifaqı ilə Moldova arasında assosiasiyaya dair razılığı qəbul edib, bu barədə qanunverici orqanın saytında bildirilib. Təsnifləşdirməni 751 deputatdan, 529 Avropa deputatı dəstəkləyib, Oxu.Az xəbər verib.

Moldova, Gürcüstan və Ukrayna iyun ayının 27-də Aİ ilə assosiasiya barədə razılaşma imzalayıblar. İyul ayının 2-də Moldova parlamenti bu müqaviləni qəbul edib. Sosialistlər bu sənədin əleyhinə səs veriblər, kommunistlər və “Vozrojdeniye” (“Dirçəliş”) partiyasının deputatları isə iclas zalını tərk edərək bitərəf olublar.

Aİ ilə assosiasiyaya dair razılaşma assosiasiyalaşdırılmış ölkədə siyasi və iqtisadi islahatların keçirilməsini, əvəzində isə Avropa İttifaqının bəzi bazarlarına çıxış və maliyyə dəstəyi nəzərdə tutur. Bu sənədin qüvvəyə minməsi üçün o assosiasiyalaşdırılmış dövlət tərəfindən, Aİ-nin bütün üzvləri və Avropa İttifaqı tərəfindən qəbul edilməlidir. Avropa İttifaqı ilə assosiasiya dövlətin Aİ-yə daxil olmasına zəmanət deyil, amma bu istiqamətdə addım ola bilər. 

www.oxu.az