2018-ci ildən sonra neftin kotirovkası 100 dollardan artıq olacaq…
2018-ci ildən sonra neftin kotirovkası 100 dollardan artıq olacaq.
Cari ilin ortalarında neftin dünya qiymətləri artmağa başlayacaq, 2016-cı ilin əvvəlində isə neftin bir bareli 80 dollara satılacaq. 2018-ci ildən sonra neftin kotirovkası 100 dollardan artıq olacaq. Bu barədə Moody ‘s-in analitik hesabatında deyilir.
Moody ‘s ekspertləri hesab edirlər ki, 2015-ci ilin ortalarında neftin qiymətinin ucuzlaşmasına görə Amerika şirkətləri hasilata qoyulan investisiyanı azaltmalı olacaqlar, bu isə qiymətlərin əvvəlki səviyyəyə bir barel üçün 100 dollar həddinə çatmasına gətirib çıxaracaq.
Oxu.Az bu barədə Qazeta-ya istinadən xəbər verir.
“İnvestisiyaların azalması, 2015-ci ildə çatdırılmaların azalmasına gətirib çıxaracaq. Çatdırılmaların azalması isə neftin qiymətlərinin artmasına yol açacaq”, – Moody ‘s analitikləri “İzvestiya” qəzetinə təqdim etdikləri hesabatda yazıblar.
Moody ‘s-in fikrincə, neftin təyin edilmiş ucuz qiyməti ABŞ, Liviya və İraqda neft hasilatının artması ilə əlaqədardır, bu isə dünya tələb və təklifində tarazlığı pozub.