Müdafiə Nazirliyi hərbi xidmətə qəbul elan edib

Xarici dil bilən namizədlərə üstünlük veriləcək…

Xarici dil bilən namizədlərə üstünlük veriləcək.

Müdafiə Nazirliyinin xüsusi mühafizə bölüyünə vətəndaşların müddətdən artıq həqiqi hərbi xidmətə qəbulu elan edilib. 

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xüsusi mühafizə bölüyündə işə daxil olmaq arzusunda olan, yaşı 20-dən 30-dək, boyu 175 sm. hündür, həqiqi hərbi xidmət keçmiş (kişilər üçün), məhkum olunmamış, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən və nalayiq hərəkətlər törətməyən, ali yaxud tam orta təhsilli, Bakı şəhərində yaşayan Azərbaycan Respublikasının vətəndaşları dəvət edilir.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq, xarici dil bilən namizədlərə üstünlük veriləcək.

Xidmətə qəbul olmaq istəyən şəxslər iyul ayının 15-dək (şənbə və bazar günlərindən başqa) saat 10.00-dan 17.00-dək Müdafiə Nazirliyinin Komendantlığına (Bakı şəhəri, Parlament prospekti, 3. Tel: (012) 539-59-04) ərizə ilə müraciət edə bilərlər.

www.oxu.az