Səfər alyans generalının dəvətilə baş tutub…
Səfər alyans generalının dəvətilə baş tutub.
Azərbaycanın müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin sədri general Knut Bartelsin dəvətilə Alyansın yanvarın 21-də keçiriləcək toplantısında iştirak etmək üçün Brüssel şəhərinə yola düşüb.
Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, NATO-nun “Qətiyyətli Dəstək” Missiyasına töhfə verən ölkələrin qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə Əfqanıstan İslam Respublikasındakı siyasi vəziyyət, əməliyyat şəraitindəki dəyişikliklər, onların Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri və digər mövzular ətrafında müzakirələr aparılacaq.