NATO-nun yeni baş katibi məlum oldu

Yens Stoltenberq vəzifəsinə oktyabrın 1-dən başlayacaq…

Yens Stoltenberq vəzifəsinə oktyabrın 1-dən başlayacaq.

NATO-nun yeni baş katibi məlum olub.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, səlahiyyət müddəti başa çatmış NATO-nun baş katibi Anders Foq Rasmussen Norveçin sabiq baş naziri Yens Stoltenberqi rəsmi olaraq alyansın yeni baş katibi kimi təqdim edib.

Yens Stoltenberq vəzifəsinin icrasına oktyabrın 1-dən başlayacaq.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Uelsdə NATO-nun yeni baş katibi Yens Stoltenberq ilə görüşərək fikir mübadiləsi aparıb.

www.oxu.az