“Bütün müttəfiq ölkələr hazır olmalıdır”…
“Bütün müttəfiq ölkələr hazır olmalıdır”.
ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya işləri üzrə müavini Viktoriya Nuland bəyan edib ki, NATO Ukrayna ilə həmsərhəd Avropa ölkələrində mümkün qədər tez bir zamanda komanda məntəqələri və çevik reaksiya qüvvələri yaratmalıdır, Agence France-Presse məlumat verib.
“Biz bir-birimizin təhlükəsizliyinə dair vəzifələrimizi yerinə yetirməliyik (…) Və biz bütün altı cəbhəyanı dövlətlərdə mümkün qədər tez bir zamanda komanda məntəqələri yaratmalıyıq”, – Nuland bəyan edib.
Dövlət departamentinin nümayəndəsi hansı ölkələrdən söhbət getdiyini dəqiqləşdirməyib. Ukrayna Rusiya, Belarus, Moldova, Rumıniya, Macarıstan, Slovakiya və Polşa ilə həmsərhəddir. Adıçəkilən ölkələrin son dördü NATO-nun üzvüdür.
Nuland vurğulayıb ki, Şimali Atlantika Alyansı məqsədi aqressiyanın qarşısını almaq olan müdafiə ittifaqıdır.
“Bu, alınmasa biz hazır olmalıyıq. Bütün müttəfiq ölkələr (NATO) müdafiə xərclərində (…) öz dəstəyini göstərməlidirlər. Amma bəzi hökumətlər qarmaqdan çıxmağa çalışıblar”, – deyərək sözünü yekunlaşdıran Nuland, bu sözlərin hansı ölkələrə aid olduğunu açıqlamayıb.