Nazarbayev Rusiyanın qüdrətini qiymətləndirməyə çağırıb

“Böhran uzun çəkmir və istənilən müharibə sülh ilə bitir”…

“Böhran uzun çəkmir və istənilən müharibə sülh ilə bitir”.

Nursultan Nazarbayev Avropa İttifaqı ölkələrini Rusiyanın qüdrətini adekvat qiymətləndirməyə çağırıb.

Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə o, Fransa prezidenti Fransua Ollandla danışıqlarının nəticələri üzrə mətbuat konfransında bəyan edib.

Qazaxıstan lideri Ukrayna ilə əlaqədar Rusiya ətrafında yaranan vəziyyəti “tamamilə çoxsaylı” problem adlandırıb. Nazarbayev qeyd edib ki, bütün beynəlxalq qaydalar pozulub, iri dövlətlərin rəhbərləri arasında inam azalıb.

“Rusiyanın qüdrətini ciddiyə almamaq olmaz. Bu, ərazisi böyük və ən zəngin ölkədir. Sanksiyalar üzündən, əlbəttə ki, gəlirlərini itirib, amma Rusiyada qaz, neft qalıb. Böhran uzun çəkmir və istənilən müharibə sülh ilə bitir”, – Nazarbayev bəyan edib.

Rusiyanın Qərb ölkələri, o cümlədən Avropa İttifaqı və ABŞ ilə münasibətinin kəskinləşməsi 2014-cü ilin yazında Krımın Rusiyanın tərkibinə daxil olması və Ukrayna münaqişəsi fonunda baş verdi.

Aİ-nin ilk antirusiya sanksiyası mart ayında qüvvəyə mindi, sonradan isə məhdudiyyətlər siyahısı getdikcə genişləndi.

Əsasən sanksiyalar fiziki şəxslərin səfərlərinə məhdudiyyət və hesabların dondurulmasını nəzərdə tutur. Məhdudiyyətlər eləcə də Rusiya iqtisadiyyatının bir sıra sektorlarına qarşı tətbiq edilib.

www.oxu.az