Nazir: Azərbaycan artıq Avropa Oyunlarına 300 milyon manat xərcləyib

“Biz çox istəyərdik ki, öz vətənimizdə də bu rəqəmlərdən aşağı düşməyək”…

“Biz çox istəyərdik ki, öz vətənimizdə də bu rəqəmlərdən aşağı düşməyək”.

Hazırda bütün idman qurğularda işlər qrafik üzrə gedir. 95 faiz işlər demək olar tamamlanıb, ətrafda abadlaşma işləri görülüb, müvəqqəti qurğular tikilir, su hovuzlar ətrafında oturacaq qurulur.

Oxu.Az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.

İyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunları üçün idman qurğuları nəzərdə tutulan vaxtda hazır olacaq. 

A.Rəhimov bildirib ki, hər hansı bir gecikmə gözlənilmir:

“Martın sonunda bütün işlər bitəcək. Bu günə oyunları tamamlamaq üçün heç bir çətinliklər yoxdur. Fevral-martda sınaq oyunları keçirmək üçün bütün işləri bitirmək istəyirik”.

Nazir Avropa Oyunlarının büdcəsi ilə bağlı da məlumat verib. Onun sözlərinə görə, Avropa və digər yarışlar üçün büdcə xərcləri 2 hissəyə bölünür:

“Dövlətin 2018-ci ilə kimi təsdiq olunun investisiya proqramı var. Bura bütün sahələrlə yanaşı, idman da daxildir. İkinci büdcə Bakı-2015-in əməliyyat büdcəsidir ki, bu oyunlar üçün işləyənlərin maaşı, qurğular, hesablama sistemləri, həmçinin müvəqqəti qurğular, kommunikasiya-PR işləri nəzərdə tutulur.

Bütün bunlara 950 milyon manat ayrılıb, hazırda bu vəsaitin 300 milyondan çoxu xərclənib. İnvestisiyanın digər hissəsi 68 min nəfərlik stadionu, su hovuz kompleksi, atıcılıq stendin yenidən qurulması işləridir, 300 metrlik optika məsafədən atış kompleksi olacaq. Tiflis prospektində və bulvarda əl oyunları kompleksi də təmir edilir”.

A.Rəhimov ev sahibi kimi 300-dən çox idmançı ilə qatılacağımız Bakı-2015-də uğurlu çıxışa inam ifadə edib. O bildirib ki, London Yay Olimpiya Oyunlarında Avropa ölkələri arasında 15-ci, həmçinin Yeniyetmələrin Nanjinqdə keçirilən Yay Olimpiya Oyunlarında medal hesabında 10-cu yeri tutması buna gözəl zəmin yaradır:

“Biz çox istəyərdik ki, öz vətənimizdə də bu rəqəmlərdən aşağı düşməyək”.

Qeyd edək ki, 20 idman növü üzrə keçiriləcək Avropa Oyunlarında 49 ölkənin komandası iştirak edəcək. 

www.oxu.az