“Sevindirici haldır”…
“Sevindirici haldır”.
Sevindirici haldır ki, bu əməkdaşlıq Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində də uğurla davam edir. Prezident İlham Əliyevin 2013-cü ilin noyabrında Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankarada iki ölkənin hökumətləri arasında bir sıra sahələrdə olduğu kimi, əmək, əmək miqrasiyası, sosial müdafiə və məşğulluq sahəsində də əməkdaşlığa dair Sazişlər imzalanıb.
Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin əmək və sosial müdafiə nazirinin müstəşarı Ahmet Erdem Səlim Müslümovla görüşü zamanı bildirib.
“Bu sənədlər qardaş ölkələrimizin qeyd olunan sahələrdə əməkdaşlığının inkişafını daha da gücləndirib və onların icrası ilə bağlı hər iki tərəfin gördüyü işlər nəticə etibarilə ölkələrimizdə əmək və sosial müdafiə sisteminin təkmilləşməsinə yönəlib”- deyə, türkiyəli nümayəndə bildirib.
ƏƏSMN naziri Səlim Müslümov qeyd etdi ki, əməkdaşlıq çərçivəsində fəaliyyət sahələri, o cümlədən əmək və əməkçi miqrantlar, sosial müdafiə, sosial xidmətlər, məşğulluq, əməyin mühafizəsi və təhlükəsizliyi, əməyin təftişi, peşə standartlarının hazırlanması, kadr hazırlığı və s. ilə bağlı mütəmadi olaraq fəal təcrübə və məlumat mübadilələri həyata keçirilir.
“Eyni zamanda, müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız məqsədyönlü şəkildə davam etdirilir. Qarşıdakı dövrdə də bu əlaqələrin daim inkişaf etdirilməsi ilə yanaşı, əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi prioritet önəm kəsb edir”,- deyə Səlim Müslümov vurğuladı.