Nazir müavini: Azərbaycanda vergi güzəştləri öz effektivliyini nümayiş etdirib

Azərbaycanda vergi siyasəti ünvanlı və effektiv güzəşt və imtiyazların tətbiqinə yönəlib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova cümə günü Bakıda “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər ” mövzusunda keçirilən III Vergi Forumunda çıxışı zamanı deyib…

Azərbaycanda vergi siyasəti ünvanlı və effektiv güzəşt və imtiyazların tətbiqinə yönəlib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova cümə günü Bakıda “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər ” mövzusunda keçirilən III Vergi Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, beynəlxalq maliyyə institutları Azərbaycana vergi güzəştlərini azaltmağı və ya vergi güzəştləri praktikasından tamamilə imtina edilməsini tövsiyə edirlər. Ekspertlərin bir çoxu eyni vaxtda güzəştlərin yalnız savadlı və düşünülmüş şəkildə tətbiq ediləcəyi halda faydalı olduğunu qeyd edirlər.

Həsənovanın sözlərinə görə, belə güzəştlər Azərbaycana əlverişli investisya mühiti yaratmağa imkan verəcək: “Vergi güzəştləri öz effektivliyini nümayiş etdirib. O cümlədən bu, kənd təsərrüfatı sahəsindəki güzəştlərə, fiziki şəxslərin bank əmanətlərinin və qiymətli kağızların, bankların mənfəətlərinin dividentlərdən azad edilməsi, sığorta və təkrar sığorta şirkətlərinin vergidən azad edilməsinə aid ola bilər “.

Nazir müavininin sözlərinə görə, ölkənin vergi sistemində güzəşt və imtiyazların tətbiqi 2020-ci ilədək Azərbaycanın İnkişaf Konsepsiyasında öz əksini tapıb.

Həsənovanın dediyi kimi, konsepsiyada qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Vergilər Nazirliyinin xətti ilə büdcə gəlirləri ildə 10-15 faiz artmalıdır. Son illərdə bu gəlirlər ildə 25 faiz artıb. 2013-cü ildə isə artım 13,8 faiz təşkil edib.

 

Trend.az