Nazir müşaviri: Elektron ticarətə vergi nəzarəti nizam-intizama gətirib çıxardacaq

“Azərbaycanda da elektron ticarət vergiyə cəlb olunmalıdır”…

“Azərbaycanda da elektron ticarət vergiyə cəlb olunmalıdır”.

Biz elektron ticarətə verginin tətbiq edilməsinin bu sahənin inkişafının ləngiməsinə səbəb olacağını hesab etmirik.

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bunu vergilər nazirinin müşaviriƏləkbər Məmmədov bildirib.

“Vergi nəzarəti bu sahədə nizam-intizamın təmin olunmasına gətirib çıxardacaqdır”,- o deyib.

Vergilər nazirinin müşaviri qeyd edib ki, dünyanın hər bir yerində elektron ticarətə vergi nəzarəti həyata keçirilir:

“Azərbaycanda da elektron ticarət dövriyyəsi durmadan artır. Bütün dünyada olduğu kimi Azərbaycanda da elektron ticarət vergiyə cəlb olunmalıdır”. 

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi elektron ticarətə verginin tətbiq edilməsini məqsədəuyğun saymır.

Dünən Bakıda keçirilmiş “Azərbaycan rabitə və yüksək texnologiyalar sektoru üçün yaradılmış işgüzar mühit ” adlı konfransda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, indiki mərhələdə elektron ticarətə verginin tətbiq edilməsi bu sahənin inkişafını ləngidə bilər.

“Elektron ticarətə verginin tətbiq edilməsi barədə müxtəlif fikirlər var. Biz çalışacağıq ki, inkişaf üçün virtual bazarda aparılan əməliyyatlara vergi tətbiq edilməsin”.

www.oxu.az