Kənd Təsərrüfatı Nazirliyi məlumat yaydı…
Kənd Təsərrüfatı Nazirliyi məlumat yaydı.
Kənd Təsərrüfatı Nazirliyində müşavirə keçirilib.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, nazir Heydər Əsədovun rəhbərliyi və nazirliyin müvafiq struktur bölmələrinin məsul işçilərinin iştirakı ilə keçirilən iclas 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında prezidentin sərəncamının icrası ilə bağlı qarşıya qoyulan tədbirlərin həyata keçirilməsinə həsr olunub.
İclasda çıxış edən nazir 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar prezident İlham Əliyevə kənd əməkçiləri adından minnətdarlıq edib və nazirliyin üzərinə mühüm vəzifələr qoyulduğunu bildirib. H.Əsədov qısa müddətdə Tədbirlər Planının hazırlanması ilə əlaqədar struktur bölmələrinin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib. Daha sonra Tədbirlər Planının hazırlanması ilə bağlı geniş fikir mübadiləsi aparılıb və çıxış edən struktur bölmələrin rəhbərləri öz təkliflərini irəli sürüblər.