Hüseynqulu Bağırov açıqlama verdi…
Hüseynqulu Bağırov açıqlama verdi.
Xəzər dənizində suyun səviyyəsinin düşməsinin səbəbi küləklərin istiqamətinin sikllərlə vaxtaşırı dəyişməsi, çaylarda suyun səviyyəsinin müxtəlif regionlarda qalxıb-düşməsi ilə bağlıdır.
Oxu.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Xəzər dənizində suyun səviyyəsinin düşməsinin səbəblərini şərh edərkən bildirib.
Nazir deyib ki, dənizdə suyun səviyyəsinin qalxması daha təhlükəlidir və bununla bağlı əvvəldən tədbirlər görülür:
“Ötən əsrin 80-ci illərində Xəzərdə suyun səviyyəsi qalxmış, bunun nəticəsində müəyyən quru hissəsi suyun altında qalmış, hətta Bakı bulvarının xeyli hissəsi bataqlıqlaşmışdı”.
H.Bağırov qeyd edib ki, hazırda Xəzərin geri çəkilməsi də təhlükəli vəziyyət yarada bilər:
“Amma bu hal ötən əsrin 80-ci illəri ilə müqayisədə daha təhlükəli və dramatik deyil”.